Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayonu Meşəli kənd tam orta məktəbdə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

0

  •           Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlərə uyğun olaraq 24  fevral  2021-ci il tarixdə  Xocalı  rayonu  Meşəli  kənd tam orta məktəbdə anım tədbiri  keçirilmişdir.       Məktəbin  direktor  əvəzi  Aqil  Alışov tədbirdə  Xocalı  faciəsinin  29-cu  ildönümü  ilə  bağlı  çıxış  etdi. Aqil  Alışov  çıxışında  ermənilərin Xocalıda  törətdikləri  qətliamlar   haqqında  tədbir  iştirakçılarına  ətraflı  məlumat  verdi.     Məktəbin  Azərbaycan  dili- ədəbiyyat  müəllimi  Yusifova  Nataliya  çıxış  edərək  XX  əsrin  ən  dəhşətli  faciələrindən  biri  olan  Xocalı  soyqırımı  haqqında  tədbir  iştirakçılarına  geniş  məlumat  verdi.  Nataliya  müəllimə  44  günlük  vətən  müharibəsində  Xocalı  rayonundan  olan   qəhrəman  şəhidlərimizin  göstərdikləri  igidlik  və  şücaətlərindən  danışdı.  Bu  şəhidlər:  1. Nəsibov  Xəqani   Kamran  oğlu - Talış,  Suqovuşan  uğrunda, 2. Ramazanlı  Əlizamin  Umud  oğlu - Hadrut  uğrunda ,  3. Miriyev  Sənan  Arif  oğlu - Talış,  Suqovuşan  uğrunda,  4. Məmmədov  Elnur  Xurşud  oğlu - Murovdağ  uğrunda, 5. Abdullayev  Tural  Şakir  oğlu-  Murovdağ  uğrunda,  6. Cavadov  Namiq  Rəhbər  oğlu-  Qubadlı,  Zəngilan  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid  olublar.     Məktəbin  tarix  müəllimi   Sabir Qasımov  44  günlük  Vətən  Müharibəsində  müzəffər  Azərbaycan  ordusunun   göstərdikləri  qəhrəmanlıq  salnaməsindən  danışdı.          Sonda  şagirdlərin  Xocalı  faciəsinə  həsr  olunmuş  şeirləri  dinlənildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib57 dəfə
    Xocalı rayonu Meşəli kənd tam orta məktəbdə Xocalı soyqırımının 29 cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

    Maraqlı gələ bilər
    55
    41
    100